Qərb ekspertlərinin fikrincə, Rusiyanın Ukraynaya hücumu bir çox Avropa ölkələrində yerüstü hava hücumundan müdafiə sistemlərinin qeyri-kafi olduğunu və ya qitənin hazırlıqsızlığını ortaya qoydu.
İndex.az xəbər verir ki, İsrail Müdafiə Nazirliyindən verilən açıqlamada Vaşinqtonun ABŞ və İsrailin birgə istehsalı olan "Arrow-3" raketdən müdafiə sisteminin Almaniyaya satışını təsdiqlədiyi bildirilib.
Bəyanatda deyilir ki, 3,5 milyard dollar dəyərində olan satış İsrailin indiyə qədərki ən böyük müdafiə müqaviləsi olacaq.
