Texnologiya işçilərinin anonim şəkildə iştirak etdiyi forum kimi tanınan "Blind" dünyanın qabaqcıl texnologiya şirkətlərində çalışan fərdlərin məlumatlarını toplayıb və maaşlarla bağlı araşdırma aparıb. Tədqiqat hansı texnologiya şirkətinin digərlərindən daha yaxşı şərtlərə malik olduğunu ortaya qoyur.

İndex.az xəbər verir ki, "Blind"ın məlumatlarına görə, "Meta" ən yaxşı şərtlərə malik olan şirkətdir.

Çünki şirkət startap mühəndisinə digər şirkətlərə nisbətən daha çox pul ödəyir. Bundan əlavə, "Meta"da işləyən mühəndislər rəqiblərindən daha sürətli yüksəlir.

Bu arada "Meta" kimi, "Google" da yeni başlayan mühəndisə rəqiblərindən daha çox maaş verir. "Google" üçün başqa bir vacib statistik göstərici maaşlarda ciddi fərqlərin olmasıdır.

İndex.az işçilərinə yüksək maaş verən şirkətləri təqdim edir:

1.Meta

2.Google

3.Amazon

4.Microsoft

5.Apple