Bu ilin II rübündə Azərbaycan banklarında ipoteka kreditlərinə tələb 23% artıb.
İndex.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələrində bildirilib.
Məlumata görə, II rübdə bankların daxili ipoteka kreditlərinə tələb 2%, İpoteka Kredit və Zəmanət Fondunun (İKZF) kreditlərinə tələb isə 19% artıb.
Həmçinin Azərbaycan bankları bu ilin III rübündə ipoteka kreditlərinə tələbin 23%, o cümlədən daxili ipoteka kreditlərinə tələbin 8%, İKZF-in kreditlərinə tələbin isə 27% artacağını gözləyir.
