"Apple" nəhayət maraqla gözlənilən "iPhone 15" seriyası üçün bir tarix verdi.

İndex.az xəbər verir ki, "Apple"in verdiyi məlumata görə, "iPhone 15" seriyası və digər məhsulların tanıtılacağı 'Wonderlust' tədbiri 12 sentyabr çərşənbə axşamı keçiriləcək. Tədbir keçən il olduğu "Apple Park" şəhərciyindəki Stiv Cobs Teatrında keçiriləcək.

Tədbirdə “Apple Watch Series 9” smart saatları, “Apple Watch Ultra 2” smart saat modeli də təqdim olunacaq.

"Apple"in ilk dəfə olaraq "iPhone"da şarj standartını dəyişəcəyi gözlənilir. Çünki AB qaydalarına əməl etməli olan şirkət "iPhone 15" seriyası ilə "Type-C" şarj standartına keçəcək.