"Apple"İn Peyk vasitəsilə Fövqəladə SOS sistemi bəzi "iPhone 14" istifadəçiləri üçün xilasedici oldu.

İndex.az xəbər verir ki, ən son qəhrəmanlıq keçən həftə adı açıqlanmayan qadının Yuta ştatındakı Meri Ceyn Kanyonunda iti gəzdirərkən baş verib. Qəfil sel qadını da, itini də gözdən uzaqlaşdırıb. Ancaq "iPhone 14"ün peyk əlaqəsi xüsusiyyəti sayəsində GPS koordinatları müvafiq xilasedicilərə çatdı.

Daşqın başlayanda qadın ayaqqabılarını itirib və kanyonun 45-60 metr aşağısına sürüklənib. Peyk üzərindən Fövqəladə SOS funksiyasını sınayanda "Mesaj Göndərmə Xətası" kimi cavab alıb. Təcili xəbərin saat 19:22-də Axtarış və Xilasetmə xidmətinə çatdığını anlamayan qadın, kanyonda ayaqyalın gəzməyə başlayıb.

Helikopterlə axtarış aparan xilasedicilər qrupu qadını olduğu yerdən təxminən 3 kilometr aralıda tapıblar. Bununla belə, başqa bir problem ortaya çıxıb. Helikopter təhlükəsiz eniş edə bilməyib. Sonra qurudan bir qrup göndərilib və onu saat 21:25-də "təpədən dırnağa palçıq içində" tapıb. Xoşbəxtlikdən o, xəsarət almayıb və iti sağ-salamat xilas edilib.