ABŞ-ın San-Fransisko şəhərində robot taksilərin sayının artırılmasına icazə verildikdən bir gün sonra internet bağlantısı kəsilən 10 taksi tıxaclara səbəb olub.
İndex.az xəbər verir ki, cümə günü baş verən hadisədə 10 robot taksi iki dar küçədə ilişib qalıb.
Bölgədə yaşayan Cefri Bilbrey, "Dəhşətli hiss idi, çünki insanlar ölə bilərdi. Əgər fövqəladə hadisə olsaydı, təcili yardım maşınları bu taksilərin yanından keçib küçəyə çıxa bilməzdi" dedi.
