“Yaxın Dostlar” funksiyası uzun müddətdir ki, "Instagram"ın hekayələr bölməsində istifadə olunur. İstifadəçilərin uzun müddət gözlədikdən sonra bu funksiya artıq postları paylaşarkən seçim kimi əlçatan olacaq.
İndex.az xəbər verir ki, post paylaşılarkən, musiqi əlavə etmək, yer təyin etmək, post planlaşdırmaq və insanları etiketləmək kimi addımlardan sonra “Hədəf Auditoriya” bölməsindəki “Hər kəs” və “Yaxın Dostlar” seçimlərindən postu görə biləcək şəxslər müəyyən edilir.
Yazıda "Yaxın Dostlar"a əlavə edilən istifadəçilər Parametrlər>Yaxın Dostlar bölməsindən əlavə edilə və ya silinə bilər. "İnstaqram"ın tətbiqi olaraq istifadəçilərə təklif edilən "Threads"ə funksiyanın gəlib-gəlməyəcəyi maraq doğurur.
