İngiltərə Milli Futbol Komandası 2023 FİFA Qadınlararası Dünya Çempionatının finalında yarımfinalda Avstraliyaya 3-1 hesabı ilə qalib gələrək İspaniyanın rəqibi olub.
İndex.az xəbər verir ki, İngiltərə millisinin qollarını 36-cı dəqiqədə Ella Tune, 71-ci dəqiqədə Loren Hemp və 86-cı dəqiqədə Alessia Russo vurub.
Avstraliyanın yeganə qolunu 63-cü dəqiqədə Sam Kerr vurub.
Final oyunu bazar günü saat 13:00-da Avstraliya Stadionunda oynanılacaq.
