İndi "Unibank" bankomatlarında “Unibank” kartlarınızdan nağdlaşdırma etmək və ya karta mədaxil üçün kartı UTM-ə daxil etməyə ehtiyac yoxdur. Bütün UTM-lərə (bankomatlara) NFC texnologiyası quraşdırıldığından,  karta mədaxil və yaxud pul nağdlaşdırmaq üçün kartınızı bankomatın üzərindəki təmassız ödəniş bölümünə yaxınlaşdırmaq kifayətdir. Çox rahat və vaxtınıza qənaət etdirən NFC texnologiyası, kartınızı bankomatda qalmaq riskindən də qoruyur. Əgər telefonunuzda “Apple Pay” və “Google Pay” varsa, kartınız üzərinizdə olmasa belə, “Unibank” bankomatlarından nağdlaşdırma edə bilərsiniz.

UTM-lərdə NFC texnologiyasının tətbiqi “Unibank” müştərisinə hansı üstünlükləri verir:

  • Kartı bankomata daxil etməyə ehtiyac qalmır;
  • Bu texnologiyanın köməyi ilə mədaxil-məxaric əməliyyatları daha qısa müddətə həyata keçir;
  • Kart olmadan belə, telefonunuz vasitəsi ilə (“Apple Pay” və “Google Pay” varsa) bankomatdan nağdlaşdırma edə bilirsiniz.

“Unibank” bankomat sayına görə ölkə bankları siyahısında ilk üçlüyə daxildir. Hazırda bankın paytaxt və bölgələri əhatə edən bankomatlarının sayı 140-a yaxındır və hamısı NFC texnologiyalıdır. Bununla da, Unibank ölkə bankları içərisində bütün bankomatlarında NFC quraşdırılmış böyük şəbəkəyə sahib olub.

Qeyd edək ki, “Sənin Bankın” konsepsiyası çərçivəsində xeyli vaxtdır ki, Unibank ATM-ləri çoxfunksiyalı UTM-lərə çevrilib.  UTM-lər ənənəvi bankomatlardan fərqli olaraq, təkcə mədaxil-məxaric imkanları ilə məhdudlaşmır. Toplu mədaxilin mümkünlüyü ilə seçilən UTM-lər,  UCard sahibləri üçün həm də bir sıra bank funksiyalarını da həyata keçirir. İlin sonunadək UTM sayının bir qədər də artırılması nəzərdə tutulur.

“Unibank” - Sənin Bankın!