"Tesla" və X CEO-su İlon Mask son "iPhone 15" postuna tənqidi şərhlər yazıb.
İndex.az xəbər verir ki, Mask "iPhone 15" və əvvəlki modellər arasında hansı təkmilləşdirmələrin olacağına əmin olmadığını söyləyib.
O, qeyd edib ki, yeni modellərdə yeganə əsas təkmilləşdirmə kamera ola bilər:
“Mən indiki "iPhone"umla əvvəlki versiyalar arasındakı fərqi tam başa düşə bilmirəm. Kamera 10 faiz daha yaxşıdır?”
Qeyd edək ki, İlon Mask hazırda "iPhone 14 Pro Max"dan istifadə edir.
Bir çox "Android" istifadəçisi də illərdir "Apple"i tənqid edir. "iPhone 12"dən sonra dizaynda böyük dəyişiklik etməyən "Apple", "Dynamic Island" ilə də müzakirə mövzusuna çevrilib.
