Dünya iqtisadiyyatını çətin il gözləyir, bir çox şirkətlər iflas edəcək.
İndex.az xəbər verir ki, “MarketWatch” nəşri yayıb ki, bunu “Tesla”nın baş direktoru İlon Mask bildirib.
İ. Mask şirkətin səhmdarlarının yığıncağında deyib ki, qarşıda çətin 12 ay var və “Tesla” qlobal iqtisadi mühitdən immun deyil.
Onun proqnozlarına görə. makroiqtisadi vəziyyətin ən azı 12 ay ərzində çətin olacaq. Lakin növbəti 12 ayda geriyə dönüş olacaq və “Tesla”nın uzunmüddətli investorları “son dərəcə yaxşı” işlər görəcəklər.
Bundan əlavə, şirkət bazarda hər şeydən üstün olacaq iki yeni məhsul təqdim etməyi planlaşdırır və indiyə qədər çəkindiyi ənənəvi reklam üsullarından istifadə etməyə çalışacaq.
İ. Mask həmçinin “Cybertruck” pikaplarının bu il satışa çıxarılacağını təsdiqləyib. Eyni zamanda o, icraçı direktor postundan getməsi ilə bağlı yayılan xəbərləri təkzib edib.
Qeyd edək ki, “Tesla”nın səhmləri çərşənbə axşamı əlavə ticarətdə 1,2% bahalaşıb. İlin əvvəlindən şirkətin kapitallaşması 35,2% artıb.
