“Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası yanvarın 30-da saat 14:00-dan 15:00-dək Lerik rayonunda (Almu kəndi, orta məktəbin qarşısı), yanvarın 31-də isə saat 11:00-dan 12:00-dək Lənkəran şəhərində (Daştatürk kəndi, ümumi orta məktəbin qarşısı) baş tutacaq.
Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.
