Cənubi Koreyanın “Hyundai Motor” şirkətin avtomobil istehsalı zavodu ilə birlikdə Sankt-Peterburqda əvvəllər “General Motors” şirkətinə məxsus olan istehsal sahəsini satacaq.

İndex.az xəbər verir ki, bu barədə TASS “Yonhap” agentliyinə istinadən məlumat verir.

Cənubi Koreya korporasiyası 2020-ci ildə Sankt-Peterburqda “General Motors” zavodunu alıb. Onun maksimum istehsal gücü illik olaraq 100 min avtomobil olaraq qiymətləndirilir.

Bundan əvvəl isə məlum olub ki, Cənubi Koreyanın “Hyundai Motor” şirkəti Sankt-Peterburqdakı zavodunu 140 min von qiymətinə satmaq təklifini bəyənib. Müqavilə yaxın iki il ərzində geri satınalma imkanını müəyyən edir. Rusiyanın şimal paytaxtında zavodun dəyəri təxminən 219 milyon dollar qiymətləndirilir.

Qeyd edək ki, “Hyundai” zavodu 2010-cu ildən Sankt-Peterburqda fəaliyyət göstərir. Onun istehsal gücü illik 200 min avtomobil istehsal etməyə imkan verir. İstehsal 2022-ci ilin martında dayandırılmamışdan əvvəl zavodda “Hyundai Creta” və “Solaris”, həmçinin “Kia Rio” və “Rio X-Line” avtomobilləri istehsal edirdi.