Ən çox smartfon kimi məhsulları ilə tanıdığımız Çin texnologiya nəhəngi "Huawei" də avtomobillər üzərində işləyir.

İndex.az xəbər verir ki, bu gün "Huawei"nin ağıllı avtomobil departamentinin CEO-su Yu Chengdongun verdiyi açıqlama, şirkətin tezliklə yüksək qiymətləndiriləcək bir vasitə ilə çıxış edəcəyini ortaya qoydu.

Chengdong bu yaxınlarda rəsmi olaraq "Luxeed" adlı yeni elektrik sedanını elan etdi.

"Huawei"nin açıqlamasına görə, "Luxeed" kupe təcrübəsini fərqli səviyyəyə gətirəcək. Dizaynı araşdırdığımız zaman deyə bilərik ki, "Luxeed" olduqca qəşəng görünür. Simmetrik ön hissə, ön tərəfdəki işıq zolağının üstündəki "Luxeed" loqosu və gizli qapı tutacaqları diqqət çəkən məqamlardan bəziləridir.

Avtomobilin ən diqqət çəkən cəhəti onun "Huawei"nin yeni əməliyyat sistemi "HarmonyOS 4" ilə çıxmasıdır. Bu yaxınlarda təqdim edilən "HarmonyOS 4" bir çox yeni xüsusiyyətlərə sahib idi. Bu o deməkdir ki, avtomobil bu xüsusiyyətlərə sahib olacaq və "Huawei" markalı smartfonlar və ağıllı saatlarla uyğun olacaq. "Harmony OS 4" ilə biz kokpitdəki böyük ekranda çox ekranlı istifadə, daha çox proqram, konsol səviyyəli oyun kimi şeyləri görə bilərik. Onu da qeyd edək ki, "Luceed" şirkəti "Huawei ADS 2.0" ağıllı sürücülük sisteminə sahib olacaq.