Texnologiya nəhəngi "Huawei"nin yaxın zamanda təqdim edəcəyi "Huawei Mate 60" telefon modeli ilə bağlı yeni detallar çatdırılıb.
İndex.az xəbər verir ki, məlumata görə, yeni model smartfonlar vasitəsilə peyk rabitə texnologiyasına yeni nəfəs gətirərək peyk axtarışlarını dəstəkləmək üçün hazırlanır.
Seriyanın əvvəlki üzvü "Mate 50" peyk rabitəsini dəstəkləsə də, bu rabitə yalnız “mesajlaşma” ölçüsündə idi. İndi "Huawei" bu texnologiyanı növbəti səviyyəyə çıxarmağa və öz cihazlarına səsli zəng dəstəyi əlavə etməyə hazırlaşır.
"Huawei Mate 60" mobil rabitəni gücləndirmək üçün xüsusi çiplərlə təchiz ediləcək. Bu çiplər səs və video rabitəsi ilə yanaşı dəqiq yerləşdirmə dəstəyi təqdim edəcək.
Məlum olduğu kimi, "Apple" "iPhone 14" modeli ilə peyk rabitə texnologiyasına addım atan şirkətlər arasında yerini aldı. Lakin "Apple" texnologiyası yalnız fövqəladə hallarda SOS bildirmək üçün hazırlanmışdır. "Huawei" isə "Apple"ə qarşı bu texnologiyaya tamamilə yeni bir ölçü gətirdi.
