Hindistan Kosmik Araşdırmalar Mərkəzi (ISRO) Ayın səthinə uğurla enən "Chandrayaan-3"ün Vikram eniş aparatında quraşdırılmış Ayın istilik keçiriciliyini və temperaturunu ölçən "ChaSTE" adlı sistemlə əldə etdiyi ilk məlumatları paylaşıb.

İndex.az xəbər verir ki, ISRO X sosial media platformasındakı paylaşımında Ayın səthindən 8 santimetr dərinlikdə qeydə alınan temperaturun mənfi 10 dərəcə Selsiyə düşdüyünü, səthə yaxınlaşdıqca temperaturun artmasının müşahidə oluna biləcəyini açıqlayıb.

Səthdə qeydə alınan temperaturun 50-60 dərəcə Selsi olduğunu qeyd edən ISRO, məlumatlarla bağlı Ayın cənub qütbü üçün ilk dəfə olaraq belə bir profilin edildiyini və araşdırmaların davam etdiyini bildirib.

Ayın səthini tədqiq etmək məqsədi daşıyan eniş platforması və rover modullarından ibarət təxminən 3,9 ton ağırlığında “Chandrayaan-3” Ayın cənub qütbünə enərək donmuş su və qiymətli elementlərin əhəmiyyətli ehtiyatları ola biləcəyinə inandıqlarını bildirib.