Hindistan Aydan sonra ilk Günəş missiyasını həyata keçirməyə hazırlaşır.
İndex.az xəbər verir ki, "Aditya-L1" kosmik maşını sentyabrın 2-də yerli vaxtla saat 02:20-də Satish Dhawan Kosmik Mərkəzindən buraxılacaq.
Hindistanın Günəşi öyrənmək üzrə ilk missiyası olan "Aditya" (Hindu günəş tanrısı deməkdir), kosmik havanı və onun Yerə necə təsir etdiyini daha yaxşı başa düşmək üçün günəş aktivliyini müşahidə edəcək.

Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) kosmik gəmini təxminən 1 milyon mil (1,5 milyon kilometr) uzaqlıqda yerləşən qravitasiya baxımından sabit nöqtə olan Yer-Günəş Laqranj Nöqtə 1-ə yerləşdirəcək.
ISRO-ya görə, L1 nöqtəsi ətrafında halo orbitə yerləşdirilən peyk Günəşi heç bir tutulma olmadan davamlı olaraq görmək üstünlüyünə malikdir. "Aditya-L1" göyərtəsində yeddi elmi avadanlıq daşıyır, onlardan dördü birbaşa Günəşi nişan alacaq. Qalan üçü planetlərarası mühitdə (və ya kosmosda) günəş dinamikasının təsirlərini öyrənmək üçün Laqranj 1ci nöqtəsində hissəcikləri ölçmək üçün istifadə olunacaq.
