Niderlandın “Heineken” pivə istehsalçısı şirkəti Rusiya aktivlərini simvolik qiymətə - 1 avroya “Arnest” qrupuna satıb.
İndex.az xəbər verir ki, bu barədə pivə istehsalı şirkətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, sövdələşmə bütün lazımi təsdiqləri alıb. Eyni zamanda, “Heineken” 300 milyon avroluq satışdan nağdsız zərər də qeyd edə bilib.
Müqavilənin şərtləri aktivlərin geri alınması variantını nəzərdə tutmur. Bundan əlavə, “Heineken” ilə birlikdə altı aydan sonra Rusiyada “Amstel” brendinin istehsalı dayandırılacaq.
