Yanvar ayının 25-də saat 12:00-da "Facebook" və "Instagram" sosial şəbəkələri üzərindən “Azəriqaz” İstehsalat Birliyi rəhbərliyinin növbəti canlı yayımı planlaşdırılır.

İndex.az bu barədə “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

Bildirilir ki, abonentlər qaz təsərrüfatına dair istənilən sualla canlı yayımda müraciətlərini edə bilərlər.