Çinin avtomobil istehsalçısı “Haval” şirkəti bu ilin sonuna kimi Çin bazarına yeni “Raptor” hibrid krossoverini təqdim edəcək.
İndex.az xəbər verir ki, bu barədə autohome.com.cn məlumat yayıb.
Məlumata görə, avtomobilin uzunluğu 4800 mm, eni 1916 mm, hündürlüyü 1822 mm-dir. Təkər bazasının ölçüsü - 2738 mm-dir.
“Haval Raptor” modeli akkumulyatoru doldurmaq üçün generator kimi işləyən 1,5 litrlik benzin mühərriki ilə təmin ediləcək. Ön və arxa təkərlər elektrik mühərrikləri ilə idarə olunur. Tam ötürücü sistem arxa diferensial kilidin mövcudluğunu nəzərdə tutur.
Çində “Haval Raptor” 200 min yuana satılacaq.
