Floridanın ikinci böyük şəhəri olan Mayamidən Cənubi Amerikanın Çili ölkəsinə uçan LATAM hava yollarına məxsus təyyarə havada faciəvi ölümə şahid olub.
İndex.az xəbər verir ki, təyyarənin pilotu 56 yaşlı İvan Andaurun səhhəti səhər saat 11 radələrində pisləşib. "Boeing 787"nin tualetinə gedən pilot orada infarkt keçirərək dünyasını dəyişib.
İki köməkçi pilot təyyarəni təcili eniş üçün Panama şəhərinin Tocumen Beynəlxalq Hava Limanına istiqamətləndirərkən, göyərtəsində olan tibb bacısı və iki həkim 56 yaşlı Andauru xilas etməyə çalışıb.
Kapitan pilot bütün müdaxilələrə baxmayaraq dünyasını dəyişib. Tibb bacısı açıqlamasında deyib: "Təəssüf ki, yaxşı reanimasiya aparmaq üçün vəsaitimiz yox idi. LATAM tibbi fövqəladə hallar üçün protokolunu təkmilləşdirməlidir".

