ABŞ-ın Texas ştatının Hyuston şəhərində mühərriklərindən birindən alov alan "Boeing 737" tipli təyyarə havaya qalxdıqdan təxminən yarım saat sonra yerə enməli olub.
İndex.az xəbər verir ki, Hyustonda "Southwest Airlines" aviaşirkətinə məxsus təyyarə havada olarkən qəzaya uğrayıb.
Bildirilib ki, Meksikanın Kankun beynəlxalq hava limanına uçan “Boeing 737” təyyarəsinin mühərriklərindən birində alov çıxıb.
Sözügedən təyyarə havaya qalxdıqdan təxminən yarım saat sonra Hyustondakı William P. Hobby hava limanına qayıdıb. Təyyarənin təhqiqat altında olduğunu qeyd edən "Southwest Airlines" rəsmiləri "mexaniki nasazlıq" olduğunu, lakin təyyarənin təhlükəsiz eniş etdiyini bildiriblər.
Sərnişinlərin Kankun Beynəlxalq Hava Limanına başqa təyyarə ilə göndərildiyi bildirilib.
