Ukraynanın Qara dəniz sahilində yerləşən Odessa vilayətinin qubernatoru bildirib ki, gecə saatlarında Rusiyanın hava hücumları nəticəsində taxıl daşınması üçün əsas Dunay limanlarından birində taxıl siloslarına və anbarlara ziyan dəyib.

İndex.az xəbər verir ki, Qubernator Oleh Kiper çərşənbə günü "Telegram" mesajlaşma proqramında yazıb: "Rusiya terrorçuları dünən gecə iki dəfə pilotsuz təyyarələrlə Odessa vilayətinə hücum ediblər. Əsas hədəf regionun cənubundakı liman və taxıl infrastrukturudur".

Qubernatorun yaydığı fotolarda anbarların dağılmış metal divarları, səpələnmiş taxıl və günəbaxan qalaqları əks olunub.