Bu günlərdə Hindistan hökuməti ölkəyə keçmiş adı – Bharatı qaytarmaq niyyətində olduğunu açıqlayıb.
İndex.az xəbər verir ki, bu barədə Hindistan Milli Konqresinin rəhbəri Cayram Rameş “X” sosial şəbəkəsində yazıb.
Deputatlardan biri isə “Hindistan” adının ölkə konstitusiyasından çıxarılmasını təklif edib. Onun qənaətincə, bu, quldarlığın simvoludur.
Ölkənin adının dəyişdirilməsi ilə bağlı qətnamə parlamentin sentyabrın 18-dən 22-dək keçiriləcək növbədənkənar iclasında təqdim olunacaq.
İndex.az bundan əvvəl adlarının dəyişmiş ölkələrin siyahısını oxucularının diqqətinə çatdırır. Belə ki, Hindistandan əvvəl tarix boyu bir çox ölkələrin adlarını dəyişiblər. Misal üçün, Çexiya Respublikası da adını dəyişərək sadəcə Çexiya edib.
Həmçinin, Afrika ölkəsi olan Svazilend də illər öncə öz adını dəyişərək Esvatini qoyub.
Əvvəllər Hollandiya adlandırdığımız Avropa ölkəsi artıq belə adlanmır. Bu dövlətin rəsmi adı artıq Niderlandlar adlanır. Hollandlar məhz ölkəsini Niderlandlar adlandırılmasını tələb edirlər.
Əvvəllər bir çoxlarının Makedoniya kimi tanıdığı ölkənin rəsmi adı artıq Şimali Makedoniyaya dəyişdirilib.
Şri Lanka dövlətinin adı daha öncə Seylon olub. Bunun üçün də bir çoxları Şri Lankada istehsal olunan möhtəşəm ətirli çayı hələ də Seylon çayı kimi tanıyır.
Tailand dövlətinin əvvəlki adı Siam olub. Bir çoxlarının tanımadığı Keyb Verde ölkəsinin adı isə Kabo Verde Respublikası olaraq dəyişdirilib.
Hindistanın, yəni artıq Bharat adlanacaq ölkənin qonşusu olan Myanmarın adı isə əvvəllər Birma olub. Bu gün İrlandiya kimi tanıdığımız ölkənin adı isə Azad İrlandiya dövləti olub.
Qardaş Türkiyə isə adını dəyişməyib. Ancaq bütün beynəlxalq tədbirlərdə və idman yarışlarında adının “Turkey” kimi yazılmasına narazılıq bildirərək, dövlətin adının “Turkiye” kimi yazılmasını tələb edir.
