Bu ilin birinci rübündə Gürcüstanda iqtisadi artım 7,2% təşkil edib.

İndex.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika Xidmətinin məlumatında deyilir.

Bildirlir ki, 2023-cü ilin mart ayında əvvəlki ilin mart ayı ilə müqayisədə ÜDM 7,2% artıb. Buna tikinti, maliyyə və sığorta fəaliyyəti, nəqliyyat və anbar təsərrüfatı, ticarət kimi sənaye sahələrində artım kömək edib.

Qeyd edilir ki, istehsal, enerji və daşınmaz əmlak sektorlarında əlavə dəyərdə azalma tendensiyası müşahidə olunub.

Xatırladaq ki, 2022-ci ildə Gürcüstanın ÜDM-i 10,1% artıb.

Gürcüstanın 2023-cü il büdcəsinə 5% iqtisadi artım proqnozu daxildir. Beynəlxalq Valyuta Fondu isə 2023-cü ildə Gürcüstanın ÜDM artımını 5%, Dünya Bankı 4,4%, Asiya İnkişaf Bankı (AİB) isə 4,5% olacağını gözləyir.