Böyük Britaniyanın London Kollec Universiteti və Uruqvay Respublika Universitetinin tədqiqatçıları tərəfindən aparılan araşdırmada gün ərzində qısa müddət yatan insanların beyin həcminin daha böyük olduğu müşahidə edilib.

Tədqiqat yaşı 40-69 arasında olan 35.000 Böyük Britaniya vətəndaşının həyat tərzi və sağlamlıq məlumatlarını təhlil edib. Yuxarıda qeyd olunan məlumatlara iştirakçıların gün ərzində yatıb-yatmaması da daxildir.

Aparılan araşdırmalar nəticəsində gün ərzində yuxuya gedən insanların beyin həcminin daha böyük olduğu görülüb. Araşdırmanın həmmüəllifi Dr. Viktoriya Qarfild qısa gündüz yuxusu beyin həcmini qorumağa kömək etdiyini və bu, demensiyanın qarşısının alınması üçün potensial olaraq müsbət amil olduğunu bildirib.

Əvvəlki araşdırmalar da göstərmişdi ki, gün ərzində 30 dəqiqəyə qədər yatmaq faydalı ola bilər.