2023-cü ildə Azərbaycanda günəş enerjisi ilə işləyən stansiyalarında 65,6 milyon kVt/saat enerji istehsalı olunub.
İndex.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin göstəricisi ilə müqayisədə 8,8 % çoxdur.
Ötən il Azərbaycanda 27 milyard 561,5 milyon kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2022-ci illə müqayisədə 1 % çoxdur. Bunun 26 milyard 636,1 milyon kVt/saatı əmtəəlik elektrik enerjisi olub ki, bu da illik müqayisədə 0,7 % çoxdur.
İstilik elektrik stansiyalarında 24 milyard 816,7 milyon kVt/saat enerji istehsal olunub ki, bu da illik müqayisədə 0,3 % çoxdur.
Ötən il su elektrik stansiyalarında 1 milyard 697,8 milyon kVt/saat enerjiı istehsal olunub ki, bu da 2022-ci ilin göstəricisi ilə müqayisədə 8,7 % çoxdur.
Ötən ildə Azərbaycanda küləklə işləyən stansiyalar 56 milyon kVt/saat enerji istehsal edib ki, bu da 2022-ci illə müqayisədə 32,3 % azdır.
Hesabat dövründə Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 3 milyard 65 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib. İl ərzində bu sahədə 0,6 %-lik artım müşahidə olunub.
Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 15,5 % artaraq 585,6 milyon manat təşkil edib.
