Xəbər verdiyimiz kimi, 2024-cü il üçün ABŞ “Müxtəliflik Vizası” Proqramına (Green card) müraciət başlayıb və qeydiyyat müddəti 5 oktyabr – 8 noyabr tarixi müəyyən edilib. Bəs "Green card" nədir və necə müraciət edilir?
İndex.az bu barədə araşdırmanı təqdim edir.
"Green card" nədir?
Greencard ABŞ-da yaşamaq üçün verilən vəsiqədir. Bu vəsiqə ilə Amerikada istədiyiniz qədər yaşaya və işləyə bilərsiniz.
"Green card"ı necə əldə etmək olar?
ABŞ-ın ildə 1 dəfə keçirdiyi pulsuz lotoreya proqramına müraciət etməklə bu proqrama qoşulub Amerikada (və ya xaricdə) qanuni şəkildə yaşaya və ya işləyə bilərsiz.
"Green card" ilə nə qazanırsınız?
1. Ailə üzvləriniz ilə birlikdə Azərbaycan vətəndaşlığınızı itirmədən Amerikada daimi yaşamaq;
2. Amerikada qanuni şəkildə istədiyiniz işdə işləmək və ya oxumaq;
3.Ən əsası Azərbaycanı Amerikada tanıtmaq imkanı qazanmaq.
"Green card" proqramına müraciət etmək çox asan və sadə, lakin faydaları hədsiz dərəcədədir. Greencard sizə, çox insanların xəyal etdiyi imkanları qazandırır. Aşağıda Green card-ın bəzi faydaları ilə tanış ola bilərsiniz:
Daimi və sərbəst viza
Amerikaya oxumaq, işləmək, gəzmək məqsədilə gedə bilərsiniz. Lakin hər dəfə vizanızın vaxtı bitir və öz ölkənizə qayıtmalı olursunuz və hər dəfə də yenidən getmək mümkün olmur. 'Green card" aldıqdan sonra isə hər şey tamam başqa cür olur. ABŞ sizin ikinci eviniz olur. İstər həmişə orada qalar, istərsə də öz ölkənizə istədiyiniz vaxt gəlib gedə bilərsiniz. Nəzərə alın ki, "Green card" sizə ömürlük verilir.
Bütün ştatlarda yaşama
"Green card" aldıqdan sonra ABŞ-ın 50 ştatından istənilən birində yaşaya bilər və istədiyiniz vaxt digər ştata köçə bilərsiniz. Hər bir ştatda sizə bərabər hüquqlar verilir və istədiyiniz ştatda ya işləyə, ya da təhsil ala bilərsiniz.
İmmiqrantlara şamil olunan güzəştlər
ABŞ dövləti az gəliri olan immiqrantlara müxtəlif şəkillərdə köməkliklər göstərir. Hər bir ştatın, immiqrantlar üçün müxtəlif paketləri vardır. İmmiqrantlar, müxtəlif məbləğlərdə dövlətdən maliyyə yardımı, pulsuz ərzaq almaq üçün talonlar alırlar. Bundan başqa dövlətin digər güzəştləri, məsələn sağlamlıq, sosial sığorta, pensiya, vergilərdən azad olma və başqalarını əldə edə bilərlər.
İş imkanları
İmmiqrantlara işlərin tapılmasında dövlət yaxından köməklik göstərir. "Green card" sahibi olduqdan sonra istər özəl sektorlarda, istərsə də dövlət sektorlarında istədiyiniz işdə işləyə bilərsiniz. İşlədiyiniz hər bir yerdə ABŞ vətəndaşları ilə 100% bərabər hüquqlara malik olursunuz.
İstənilən məqsəd üçün kreditlər
Daimi vətəndaş olduqdan sonra siz, ABŞ vətəndaşları kimi, istənilən məqsəd üçün (məs. maşın almaq, ev almaq və s.) sadə şərtlərə kreditlər götürə bilərsiniz.
Təhsil imkanları
Bildiyimiz kimi ABŞ universitetləri dünyada ən güclü və prestijli olmalarına görə tanınmışdır. Xarici vətəndaşlar üçün bu universitetlərdə təhsil almaq çox bahadır. Lakin, "Green card" aldıqdan sonra siz ABŞ-ın istənilən universitetində ya pulsuz ya da çox güzəştli qiymətlərlə təhsil ala bilərsiniz.
Pulsuz ingilis dili kursları
Əgər ingilis dilini bilmirsinizsə və ya zəif bilirsinizsə heç narahat olmayın. ABŞ dövləti, "Green card" sahiblərini pulsuz ingilis dili kursları ilə təmin edir. Qısaca, "Green card" vizasını aldıqdan sonra siz artıq ABŞ vətəndaşları ilə eyni hüquqa malik olursunuz və yerli vətəndaşlara hansı güzəştlər aiddirsə onlar sizə də şamil olunur.
Müraciət üçün daxil ola bilərsiniz.
Qeyd edək ki, ötən illərdə Azərbaycandan bir ildə təxminən cəmi 300-400 nəfər getmişdir. Bu da onu göstərir ki, Azərbaycan az immiqrasiya edən ölkələrin içindədir və Azərbaycanlıların qalib gəlmələri daha asandır.
Daha ətraflı:
[embed]https://www.youtube.com/watch?v=wnzzJbwqZWg[/embed]
