Çinin ən böyük yolsuzluq və pikap avtomobilləri istehsalçısı olan “Great Wall Motor” (GWM) şirkəti bu ilin birinci rübündə xalis mənfəətini illik müqayisədə 89,3% azalaraq 174,23 milyon yuana çatdırıb.

İndex.az “İnterfax”a istinadən xəbər verir ki, avtomobil istehsalçısının gəliri 13,6% azalaraq 29,04 milyard yuan (4,22 milyard dollar) təşkil edib.

Mənfəətin azalması birdəfəlik qeyri-əməliyyat amilləri, o cümlədən dövlət subsidiyalarının kəsilməsi ilə bağlı olub.

Eyni zamanda, mənfəət analitiklərin gözləntilərindən daha pis olub, deyə, “MarketWatch” nəşri qeyd edir.