Çinin ən böyük yolsuzluq və kiçik yük avtomobillərinin istehsalçısı olan “Great Wall Motor” (GWM) şirkəti üçüncü rübdə xalis mənfəətini 42%, gəlirini isə üçdə bir artırıb.

İndex.az xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumat da deyilir.

Məlumata görə, iyul-sentyabr aylarında “Great Wall Motor”un xalis mənfəəti bir ilin analoji dövründəki 2,56 milyard yuanla müqayisədə 3,63 milyard yuan (496 milyon dollar) təşkil edib.

Bu müddət ərzində şirkətin gəlirləri 33% artaraq 49,53 milyard yuana çatıb.

Bu ilin ilk doqquz ayında GWM 38,8% azalaraq 5 milyard yuan xalis mənfəət əldə edib. Gəliri isə 20,1% artaraq 119,5 milyard yuana çatıb.

İlin əvvəlindən şirkət 211 mindən çox avtomobil ixrac edib ki, bu da bir il əvvəlkin göstəricidən 89% çoxdur.