İnternetdə “Evleaks” təxəllüsü ilə tanınan nüfuzlu insayder Evan Blass 2023-cü ilin mayında təqdim olunacaq “Google Pixel Fold” smartfonunun yüksək keyfiyyətli renderlərini “The Verge” jurnalistləri ilə bölüşüb.
İndex.az xarici mətbuata istinadən xəbər verir ki, insayder cihazın bükülmüş və açılmış vəziyyətdə dizaynını, həmçinin onun xarici ekranını nümayiş etdirib. Bununla belə, daxili displeyin necə görünəcəyi hələ məlum deyil.
Şayiələrə görə, smartfon 7,6 düymlük daxili qatlanan ekran və 5,8 düymlük xarici displeylə alacaq. “Pixel Fold”, “Pixel 7”də istifadə edilən “Tensor G2” çipsetindən güc alacaq.
İnsayderlərin fikrincə, cihaz bazarda yığılan hər hansı bir cihaz arasında ən etibarlı şarnirə sahib olacaq. “Google Pixel Fold”un təxmini dəyəri 1,7 min dollar təşkil edəcək.
“Pixel Fold” və qiyməti ucuz olacaq “Pixel 7a” smartfonlarının təqdimatının mayın 10-da keçiriləcək “Google I/O” konfransı zamanı baş tutacağı gözlənilir.
