"Google"un qlobal işə qəbul komandasından yüzlərlə işçini ixtisar edəcəyi bildirilir.

İndex.az xəbər verir ki, ABŞ mətbuatında dərc olunan məlumata görə, "Google"un işə qəbul üzrə vitse-prezidenti Brayan Onqun işə qəbul qrupundan bəzi işçilərin işdən çıxarılacağını açıqladığı bildirilib.

Xəbərdə "Google"un yüzlərlə işçini işdən çıxarmasının, işə qəbulu yavaşlatmaq üçün göstərdiyi səylərin bir hissəsi olduğuna diqqət çəkilərək, komandanın böyük bir hissəsi ilə işləməyə davam edəcəyi vurğulanıb..

Qeyd edək ki, "Google" yanvar ayında 12 min insanı ixtisar edəcəyini açıqlamışdı ki, bu da tam zamanlı işçi qüvvəsinin təxminən 6 faizini əhatə edir.