Dövlət Gömrük Komitəsi son zamanlar Azərbaycanda baş verən kiberhücumlarla əlaqədar vətəndaşlara müraciət edib.
İndex.az komitəyə istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsi rəqəmsallaşdırma istiqamətində aparılan tədbirlərlə yanaşı, həmçinin informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə yüksək diqqət ayırır.
Məlumatda deyilir ki, son zamanlar baş verən kiberhücumlarla əlaqədar DGK vətəndaşlarımıza kiber dələduzlar tərəfindən hazırlanan müxtəlif növ tələlərə qarşı sayıqlıq göstərmələrini, elektron hesabları, fərdi və kart məlumatları ilə bağlı diqqətli olmağı, onları üçüncü tərəflərlə paylaşmamağı tövsiyə edir.
