Cənubi Koreya avtomobil istehsalçısı olan “Genesis” şirkəti bu ilin sentyabrında yenilənmiş G80 sedanını təqdim edəcək.

İndex.az xəbər verir ki, bu barədə motor1.com məlumat yayıb.

Yenilik kiçildilmiş fənərləri, dəyişdirilmiş bamperi və yeni radiator barmaqlığı ilə reystalinq edilmiş avtomobilindən fərqlənəcək. Salonda dəyişdirilmiş ön panel, yeni oturacaqlar, eləcə də daha yaxşı işlənmiş materiallar ilə təhciz ediləcək.

Avtomobil 300 at gücünə malik 2,5 litrlik mühərrik, həmçinin 375 at qüvvəli 3,5 litrlik mühərrikə malik olacaq. Cənubi Koreyada avtomobil satışı təqdimatdan sonra başlayacaq. ABŞ-da model 2024-cü ildə satışa çıxarılacaq.