Çinin avtomobil istehsalçısı “Geely” şirkəti sentyabrın 1-də yeni “Panda Knight” kompakt hetçbekini təqdim etməyi planlaşdırır.

İndex.az bildirir ki, bu barədə carnewschina.com saytı xəbər verir.

Xarici olaraq, yenilik ABŞ-ın yolsuzliq avtomobili olan “Ford Bronco”ya bənzəyir. Ancaq avtomobilin kuzovunun ölçüləri təvazökardır.

Onun uzunluğu 3135 mm, təkər bazası isə 2015 mm-dir. Oturacaqların arxa cərgəsi qatlana bilər, baqaj bölməsinin həcmi isə 800 litrdir.

Yeni model avtomobilin salonu süni dəri və yüksək keyfiyyətli plastiklə işlənib. Ön paneldə multimedia sisteminin səkkiz düymlük ekranı quraşdırılıb.

Avtomobil 41 at gücündə elektrik mühərriki və 200 km məsafəni təmin edən litium-dəmir-fosfat akkumulyatorla təchiz ediləcək. Batareya 22 kVt (yarım saatda 30-dan 80% -ə qədər) və 3,3 kVt gücdə DC şarjını dəstəkləyir.