Çində yeni “Geely Galaxy E8” flaqman sedanın satışına başlanılıb.
İndex.az xəbər verir ki. bu barədə Carnewschina.com saytı xəbər verir.
Avtomobil Almaniya istehsalçısı “Audi A6”nın əsas rəqibinə çevriləcək.
Modelin uzunluğu 5010 mm, təkər bazası 2925 mm-dir. Avtomobil 272 at gücünə bərabər mühərrikə malikdir. Avtomobilin maksimal sürəti 190 km/saatdır. İki mühərrikli tam ötürücülü versiyanın ümumi gücü 646 at gücünə malikdir.
Avtomobilin kabinəsinin ön panelində bir böyük ekran var və onun uzunluğu 1130 mm-dir. Bu monitorda sürücü nəinki səfər məlumatlarına baxa və ya iqlim nəzarətinə nəzarət edə, həmçinin naviqasiya qura bilər. Həm də məsələn, oyunlar oynaya bilər.
Çində avtomobil 188 min yuandan təklif olunacaq. Avtomobillərin dilerlərə təhvil verilməsi 2024-cü ilin yanvarında başlayacaq.
