Fransada "iPhone 12" ilə bağlı diqqətçəkən bir qərar verilib.
İndex.az xəbər verir ki, X sosial media platformasındakı açıqlamasında rəqəmsallaşma və telekommunikasiyadan məsul nazir Barrot, ABŞ texnologiya nəhəngi "Apple" bir yeniləmə gətirənə qədər Fransada "iPhone 12" model telefonun satışının dayandırıldığını bildirdi.
Nazir Barrot, Milli Tezlik Agentliyindən (ANFR) sözügedən qadağaya əməl etmək üçün bütün zabitlərini səfərbər etməyi xahiş etdiyini bildirib.
Elektron cihazların insanlara yaydığı elektromaqnit dalğalarının miqdarına nəzarət edən ANFR-nin verdiyi açıqlamaya görə, 141 telefon modeli üzərində edilən nəzarətlərdə "iPhone 12"lərin Avropada icazə verilən radiasiya miqdarını keçdiyi müəyyən edilib.
Avropada bir telefon cibdə və ya əldə tutulduqda radiasiya miqdarının 4W/kq olması tələb olunduğu halda, ANFR iPhone 12 model telefonda bu miqdarın 5,74 Vt/kq olduğunu ortaya qoydu.
