Bu ilin yanvar-noyabr aylarında Türkiyənin Eskişehir şəhərindən Azərbaycana 27 milyon 232 min ABŞ dolları dəyərində məhsul ixrac olunub.
İndex.az Türkiyə İxracatçılar Məclisinin hesabatına istinadən məlumat verir ki, bu, ötən ilin müvafiq dövrünə nisbətən 8 dəfə (701,5 %) çoxdur.
Həmçinin cari ilin noyabrında Eskişehirdən ölkəmizə 3 milyon ABŞ dolları dəyərində məhsul gətirilib ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 12 dəfə (1101 %) artım deməkdir.
