Ermənistan-Azərbaycan sərhədində vəziyyət sakit olaraq qalır.
İndex.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Suren Papikyan bildirib.
"Ermənistan-Azərbaycan sərhədində vəziyyət hazırda sakitdir. Narahatlığa səbəb yoxdur", - deyə o qeyd edib.
Erməni nazir həmçinin qeyd edib ki, əsas problemi hava şəraiti yaradır, buna görə də hərbçilərimiz fasiləsiz rabitənin təmin edilməsi üçün gücləndirilmiş növbətçilik rejiminə keçəcək.
