MİT süni intellekt tətbiqi ilə prezident Ərdoğanın səsini təqlid edən şəxsi təsbit edib.

İndex.az xəbər verir ki, bu şəxs təqlid yolu ilə bəzi iş adamlarına və yüksək vəzifəli dövlət idarəçilərinə zəng edərək qazanc əldə etməyə çalışırdı.

Açıqlamalara görə, fırıldaqçı xarici vətəndaşlardan aldığı 10-dan çox GSM xətti üzərindən iş adamlarına zəng edib. Dələduzluq etməyə cəhd edən şəxs MİT-in kibertəhlükəsizlik bölmələrinin işi nəticəsində tutularaq təhlükəsizlik bölmələrinə təhvil verilib.

Səlahiyyətli bölmə isə vətəndaşları kibercinayətlər çərçivəsində bu cür cəhdlərə qarşı xəbərdar edib. Bundan əlavə, səlahiyyətlilər həmçinin ad, səs və şəxsiyyət saxtakarlığına qarşı tədbirlərin daha da artacağını bildirib. Xüsusilə son vaxtlar süni intellekt vasitəsilə səs imitasiyası xeyli artıb.