Aİ Statistika İdarəsinin 2022-ci il məlumatlarına görə, iş saatları (həftədə) baxımından Türkiyə orta hesabla 42,9 ilə ən uzun iş saatına malik ölkə kimi önə çıxıb.

İndex.az xəbər verir ki, Aİ ölkələrində bu müddət orta hesabla həftədə 36,4 saat təşkil edir. Türkiyənin ən yeni məlumatları 2020-ci ilə aid olduğu üçün 42,9 saatla 35 ölkə arasında birinci yerdədir.

Türkiyədə işləyənlərin 28,1%-i uzun iş saatına malikdir. Bu nisbət Aİ üzrə 7,4 faizdir.

Türkiyədən sonra Monteneqro (42,8 saat), Serbiya (42,3 saat), Yunanıstan (39,7 saat) və Rumıniya (39,7 saat) gəlir.

Hollandiyada həftəlik ən aşağı iş saatı 32,4 saatdır. Hollandiyalılar iş və şəxsi həyatlarını ayrı saxlamağı xoşlayırlar. Adətən bu, əmək qanunları və qaydaları ilə yaxşı qorunur.

İspaniya 36,5, İngiltərə 36,4, Fransa 36,2, Almaniya 34,6 və Norveç 34,1 saat.

Almaniyada orta həftəlik iş vaxtı Türkiyədən 8 saat 20 dəqiqə azdır. Aİ ortalaması da Türkiyədən 6,5 saat aşağıdır.

Bəzi Avropa ölkələrində, məsələn, Belçikada qanuni iş həftəsi 38 saatla məhdudlaşdırılsa da, şirkətlərə işçilərə əlavə iş üçün lazımi ödənişlər verildiyi müddətcə öz xüsusi ehtiyaclarına uyğun olaraq iş saatlarını dəyişməyə icazə verilir.