"Mozilla Fondu"nun yeni hesabatı göstərib ki, bir çox böyük avtomobil istehsalçıları sürücülərdən məxfi şəxsi məlumatları icazəsiz toplayıb satırlar.

İndex.az xəbər verir ki, hesabatda 25 əsas avtomobil markasının istehlakçıların məxfiliyini lazımi səviyyədə qoruya bilmədiyi məlum olub.

Hesabata görə, avtomobil istehsalçıları bortda olan sensorlar, kameralar və proqramlar vasitəsilə sağlamlıq diaqnozları, üz ifadələri və genetik məlumatları toplaya bilər. İstehsalçıların yarıdan çoxu hətta istehlak məlumatlarını hökumət rəsmiləri ilə paylaşır.

Fondun paylaşdığı hesabata görə, "Nissan" təhlükəsizlik məsələsində ən qorxulu şirkətlərdən biridir. İddialara görə, şirkət sürücünün “xüsusiyyətləri, psixoloji meylləri, davranışları, rəftarları və qabiliyyətləri” ilə bağlı qiymətləndirmələr aparan alqoritmdən istifadə edir. İstifadəçi profilləri daha sonra üçüncü tərəf şirkətlərinə satılır.

Digər istehsalçılar arasında "Kia", GM, "Ford" və "Hyundai" kimi nəhənglər var. Həmçinin, "Tesla" məlumatların toplanmasının dayandırılmasının "nəqliyyat vasitələrini işlək hala gətirməyəcəyini" söyləyərək müştərilərini qorxudur.

"Mozilla Fondu"nun icraçı direktoru Cen Kaltrider, "Nissan və "Tesla"nın məxfilik siyasəti oxuduğu ən təəccüblü şeylərdən biri olduğunu deyib. Bütün bunları toplaya bildiklərini söyləməkdən belə çəkinmirlər”.