Dünyanın tanınmış “World of Statistics” nəşri aylıq aktiv istifadəçilər tərəfindən ən populyar sosial platformalarının adlarını açıqlayıb.
İndex.az nəşrə istinadən xəbər verir ki, bu reytinqdə ilk yeri ABŞ-ın “Facebook” sosial şəbəkəsi tutur. Bu sosial şəbəkənin 3,03 milyard aylıq aktiv istifadəçisi mövcuddur.
Sonrakı yeri “YouTube” musiqi platforması tutur. Aylıq 2,56 milyard istifadəçi “YouTube”nin xidmətlərindən istifadə edir.
Azərbaycanda da bir çox çoxlarının yaşamının bir hissəsi olan “WhatsApp” bu siyahıda üçüncü yeri tutub. Bu gün 2 milyard insan “WhatsApp”dan istifadə edir.
Dördüncü yerdə “Instagram” foto-şəkil sosial şəbəkəsi yer alıb. Hazırda aylıq 2 milyard insan “Instagram” izləyicisidir.
İlk beşliyi Çinin “WeChat” sosial şəbəkəsi qapayır. Bu sosial şəbəkənin 1,31 milyard istifadəçisi mövcuddur.
Daha sonrakı yeri “TikTok” tutur. Bu gün Çinin bu sosial şəbəkəsində 1,09 milyard insan videolara baxır.
“Messenger” sosial şəbəkəsində 1 milyard, “Linkedin”dən 930 milyon insan istifadə edir.
Dünyaca məşhur “Telegram” sosial şəbəkəsindən aylıq 800 milyon insan istifadə edir. İlk onluğu doqquzuncu yerlə 750 milyon istifadəçi ilə “Snapchat”, ilk onluğun sonuncu pilləsində isə Çinin “Douyin” social şəbəkəsi qapadır. Bu social şəbəkənin 730 milyon istifadəçisi mövcuddur.
