“Apple” tarixində istehsal etdiyi ən pis iPhone modelləri açıqlanıb.

İndex.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Birinci sıranı "iPhone 8" tutub. Əslində, bu, yaxşı modeldir, lakin mütəxəssislərə görə, “yanlış vaxtda” buraxılıb. Qeyd edək ki, "iPhone 8" ilə və "iPhone X" eyni vaxtda təqdim edilib. Beləliklə, "iPhone 8" modeli "iPhone X"in müasir dizaynı və akkumulyator tutumu ilə rəqabət apara bilməyib.

İkinci sırada “Dynamic Island” texnologiyasını almayan "iPhone 14" qərarlaşıb. Model texniki olaraq "iPhone 13"dən heç nə ilə fərqlənmir. Üçüncü yeri "iPhone 6s"in “içliyini” və "iPhone 5s"in korpusunu alan 2016-cı il istehsalı "iPhone SE" tutur. Modelin əsas mənfi cəhətlərinə köhnəlmiş 4 düymlük ekran və az tutumlu batareya daxildir.

Ən pis "iPhone"lar reytinqində dördüncü və beşinci yerləri "iPhone SE 2022" və "iPhone 4" tutub. Birinci rəqiblərindən heç nə ilə fərqlənmir, lakin qiymət baxımından qat-qat bahadır. İkinci isə uğursuz dizayn edilib və istifadəçi cihazı əlinə götürən zaman qəfil şəbəkədən ayrılır.