Adam Sandler 2023-cü ildə Hollivudun ən çox qazanan aktyorları siyahısına başçılıq edir.
İndex.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “Forbes” jurnalının tərtib etdiyi reytinqdə deyilir.
Bildirilir ki, onun illik gəliri 73 milyon dollar olub.
Reytinqdə ikinci yeri 59 milyon dollar qazanan Marqot Robbi tutub. O, bu məbləğin əhəmiyyətli hissəsini “Barbie”, “Asteroid City” və “Saltburn” filmlərindəki rollarına görə alıb.
İlk üçlüyü illik 45 milyon dollar gəlirlə Tom Kruz qapayıb. O, qazancının 35 milyon dollarını döyüş filmi olan “Qeyri-mümkün missiya: Ölümcül Hesablaşmanın yeddinci hissəsinin çəkilişinə görə alıb.
Reytinq tərtib edilərkən çəkilişlərə görə ödənişlər, eləcə də qonorardan tutulmalar nəzərə alınıb.
Ən çox qazanc əldə edən 10 aktyor sırasına həmçinin 43 milyon dollar qazancla Rayan Qoslinq, 43 milyon dollar qazancla Mett Damon da daxildir.
Növbəti yerləri Cennifer Eniston (42 milyon dollar), Leonardo Di Kaprio (41 milyon dollar), Ceyson Stathem (Jason Statham) – (41 milyon dollar) və Ben Afflek (38 milyon dollar) tuturlar.
Bu reytinqdə onluğu illik 24 milyon dollar qazancla Denzel Vaşinqton qapadır.
