“Crocus Group”un sahibi Araz Ağalarovun oğlu Emin Ağalarov bu yay Azərbaycanda istehsal olunan “Berg” enerji içkilərinin Moskva vilayətində istehsalına başlamağı planlaşdırır.
İndex.az xəbər verir ki, bu barədə Rusiyanın Kommersant” nəşri yazır.
Məlumata görə, onun layihədəki tərəfdaşları bu məhsulun istehsalçısının ortaq sahibləri idi. Enerji içkilərinin satışı ikirəqəmli sürətlə artır. Lakin investorlar ilkin aksiz vergisini və alüminium qutuların məhdud tədarükünü nəzərə almalı olacaqlar.
Emin Ağalarovun içki istehsalı üçün yaratdığı “Uni Pak” MMC “Berg” ticarət nişanının qeydiyyatı üçün mayın sonunda ərizə verib. Bu brend altında Azərbaycanda enerji içkiləri istehsal olunur.
Emin Ağalarovun nümayəndəsi nəşrə bildirib ki, Azərbaycanda “Berg” içkiləri istehsal edən “Berg Energy” şirkətinin ortaq sahibləri “Uni Pak”da biznesmenin ortağı olub.
