Yaponiyanın avtomobil istehsalçısı "Honda" 2023-cü ildə 75 illik yubileyi şərəfinə yeni elektrik idman avtomobilini təqdim etməyi planlaşdırır. Ən son məlumatlara görə, yeni elektromobildə ikonik "Honda S2000" modelinin izləri qalacaq.
İndex.az xəbər verir ki, elektrik idman avtomobili "Honda"nın bu ilin əvvəlində təqdim etdiyi "Ny1 SUV"də də istifadə edilən yeni e:n elektrik platformasında yüksələcək. Bu platformanın aşağı ağırlıq mərkəzi və yer effektli aerodinamikası sayəsində idman avtomobilləri üçün çox uyğun olduğunu deyə bilərik.
Yapon avtomobil istehsalçısı qarşıdakı illərdə bu modelə əlavə olaraq daha bir flaqman idman avtomobilini təqdim etməyi planlaşdırır. Bu model üçün gözlər artıq NSX-ə çevrilib. Dizaynı və performansı ilə 90-cı illərə damğasını vuran avtomobil 2016-cı ildə hibrid mühərriki ilə üzünü göstərdi. İndi biz bu əfsanəvi avtomobili tam elektriklə görə bilərik.
