Əlcəzair Daxili İşlər Nazirliyi ölkə daxilində meşə yanğınlarında ən azı 34 nəfərin öldüyünü, minlərlə insanın təxliyə edildiyini açıqlayıb.

İndex.az xəbər verir ki, 16 rayonda meşə, kənd təsərrüfatı məhsulları və təsərrüfat sahələrini əhatə edən 97 yanğın hadisəsi baş verib.

Səlahiyyətlilər bildiriblər ki, 8 min yanğınsöndürən alova nəzarət etməyə çalışır.

26 nəfər yaralanıb, Fenaia, Bejaia, Zbarbar və Bouira şəhərlərində isə 1500 nəfər təxliyə edilib.