Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 2 milyard 804,4 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb.
İndex.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satılan benzin və dizel yanacağı ötən ilin eyni dövrü ilə müqayisədə 8 % çoxdur.
Bu ilin 11 ayında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 5,5 %-i avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.
Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 51,3 milyard manatlıq, o cümlədən 28,7 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 22,6 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2022-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,6 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,4 %, qeyri-ərzaq malları üzrə 5,1 % artıb.
