Bu ilin yanvar-iyul aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 1 milyard 681,7 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb.

İndex.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verib.

Məlumata görə, satılan benzin və dizel yanacağı ötən ilin eyni dövrü ilə müqayisədə 5,7 % çoxdur.

Bu ilin 7 ayında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 5,4 %-i avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.

Qeyd edə ki, bu ilin yanvar-iyul aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 31,1 milyard manatlıq, o cümlədən 17,5 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 13,6 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2022-ci ilin yanvar-iyul ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,1 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2 %, qeyri-ərzaq malları üzrə 4,3 % artıb.